—

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcək

İrakli Kobaxidze: “Avropa İttifaqı ilə siyasi səviyyədə açıq və ictimai dialoqa başlamağı təklif edirik”
Dinləmək üçün basın

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi 2027-ci il yanvarın 1-dən ləğv ediləcək. Müvafiq qərarı İrakli Kobaxidze noyabrın 24-də imzalayıb.

InterPress.ge xəbər verir ki, agentliyin ləğv ediləcəyi barədə Kobaxidze hələ sentyabr ayında açıqlama vermişdi. Onun sözlərinə görə, “QHT-lər xarici siyasi müdaxilə üçün yaradılmış süni fenomendir” və “QHT-lərin yaradılması və onların maliyyələşdirilməsi düzgün deyil”.

Agentliyin ləğvi üçün komissiya yaradılacaq. Komissiya agentliyin fəaliyyətinə xitam verilməsi, zərurət yarandığı təqdirdə isə onun funksiya və öhdəliklərinin digər qurumlara ötürülməsi ilə bağlı hazırlıq işlərini təmin edəcək.

Məlumatda bildirilir ki, “Gürcü Arzusu” Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyini 2025-ci ilin yazında “vətəndaş təşəbbüslərinə dəstək məqsədilə” yaradıb. Bu addım partiyanın vətəndaş təşkilatları və media qurumlarına yönəlmiş məhdudlaşdırıcı qanunları qəbul etməsindən sonra atılıb. Həmin vaxt “Gürcü Arzusu” QHT-ləri dövlət büdcəsi hesabına maliyyələşdirəcəyini bəyan etmişdi.

Bununla paralel olaraq, “Gürcü Arzusu” hökumətin icazəsi olmadan qrantların alınmasını qadağan edib.

Dövlət Qrantlarının İdarə Edilməsi Agentliyinin rəhbəri vəzifəsinə əvvəlcə Tamar Zodelava təyin olunmuşdu. O, 2026-cı ilin yanvarından ədliyyə nazirinin müavini vəzifəsinə keçirilib.

Xəbəri qiymətləndir

Son xəbərlər

Marneulidə MMA turniri keçirilibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırSon xəbərlərə bax →