Poniçalada mənzilində partlayış baş verən 31 yaşlı İlia İsəyev vəfat edib.
InterPress.ge xəbər verir ki, bu barədə “İnterpressnews”a Xetçinaşvili adına Universitet Klinikasının Yanıq Mərkəzinin rəhbəri Qiqa Kaşibadze məlumat verib.
Onun sözlərinə görə, gənc kişi bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Poniçalada baş verən partlayış nəticəsində 7 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. Yaşayış binasının mənzillərindən birində təbii qaz partlayıb.
