26 
Dek
2020
23:44
2189

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda bir sıra şəxsləri medal və təşəkkürnamə ilə təltif etdi

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

InferPress.ge-nin məlumatına görə, təltif olunanlar diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə medala layiq görülüblər.

Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov, Gürcüstanda medal və təşəkkürnamə alan şəxslərin adlarını, "Bir olaq, Həmrəy olaq" adlı videokonfransda açıqlayıb.

Gürcüstanda medal alanlar aşağdakılardır:

Aygül İsayeva

Mahmud Kamaloğlu

Nəriman Qurbanov

Fatma Əliyev

Quram Marxulia

Simon Kopadze.

Eyni zamanda bir sıra Gürcüstan vətəndaşları təşəkkürnamə alıb. Bunlar içində InterPress.ge xəbər portalının rəhbəri Nahid Qurbanov-da yer alıb.

Rafiq Hümbətov

Azər Məmmədov

İlkin Hüseyinov

Nahid Qurbanov

Amil Məmmədov

Məhəbbət İmanov

Leyla Əliyeva

Məmməd Süleymanov

Ələddin Qarabağlı

Tenqiz Txilava

Camal Meqrelidze

Malxaz Qulaşvili.

Qeyd edək ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər