26 
Dek
2020
19:12
1881

Rustavidə evdən kompot oğurlandı

Rustavinin Davit Qareci küçəsində yaşayan ailənin kompotları oğurlanıb.

InterPress.ge-nin məlumatına görə, kompotlar yaşayış binasının 9-cu mərtəbəsində xüsusi düzülmüş kilerdə saxlanılırmış.

Adının açıqlanmasını istəməyən kompotların sahibi 35 ədəd 3 litrlik şaftalı və heyva kompotunun oğurlandığını söyləyib.

"Dəhlizdəki kilerdən kompotlar oğurlandı. Simvolik olaraq, bir banka saxlayıblar, deyəsən bütün yayı çalışdığıma görə bu bir bankanı dadına baxmağım üçün saxlayıblar. Qısası, heç olmasa bankalarımı geri qaytarsın",- dedi kompot sahibi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər