Polis terminalı qarət edən şəxsi saxladı
DİN-in Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin Calengixa bölməsinin əməkdaşları 1982-ci il təvəllüdlü S.Q-nı, terminalı qarət etmək ittihamı ilə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
"İstintaq, təqsirləndirilən şəxsin bu il dekabrın 21-də Calengixada terminal aparatından pul oğurladığını və gizlədiyini təyin edib.
Saxlanılan şəxsin şəxsi yoxlanması zamanı hüquq-mühafizə orqanları oğurladığı pulun bir hissəsini sübut kimi və terminalın kassasının kisəsini ələ keçirib.
Təqsirləndirilən şəxs günahını etiraf edib.
Oğurluqla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin "a" və "b" yarımbəndləri ilə aparılır.
Cinayət ən çox üç ildən beş ilədək həbs cəzası nəzərdə tutur",- deyə məlumatda bildirilib.


