26 
Dek
2020
14:29
644

ABŞ-dan 14 ton buğda gətirilib

Bu gün ABŞ-dan Poti limanına 14 min ton buğda yüklü gəmi gəldi.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat verib.

"Gürcüstan və ABŞ arasındakı sıx əməkdaşlığın başqa bir təsdiqi, ABŞ-ın "Tərəqqi üçün Qida” proqramı çərçivəsində ölkəyə 14 min ton buğda yüklənmiş gəminin daxil olmasıdır. "Poti və Ğulevi limanları və Poti sərbəst sənaye zonası" gömrük keçid məntəqəsində qeyd olunan yüklər üçün gömrük nəzarəti prosedurları artıq başlamışdır.

Qeyd olunan yük, üç göndərmədən birincidir, hansı ki, gələn ay ölkəyə daxil olacaq və özəl sektor tərəfindən satışa təqdim ediləcək. Satışdan əldə edilən gəlir ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatının inkişafı proqramlarına qoyulacaqdır.

Qlobal böhran və KOVID-19 pandemiyası şəraitində Gürcüstan, Zaqafqaziyanın əsas tranzit bölgəsi olaraq, müxtəlif ölkələrə problemsiz 24 saatlıq beynəlxalq dəniz daşımaları həyata keçirir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada, gəmi limana çatdıqdan sonra Maliyyə Nazirliyinin Gəlir Xidmətinin həkim-epidemioloquna əvvəlcə gəminin sanitar vəziyyəti barədə sənədlər təqdim olunur, uğurla başa çatdıqdan sonra, sağlamlıqla bağlı təhlükəli xəstəliklərin gətirilməsinin və daha da yayılmasının qarşısını almaq üçün buğdadan nümunə götürülməsini və materialın xüsusi laboratoriyada yoxlanılmasını əhatə edən fitosanitar sərhəd nəzarəti həyata keçirilir.

Taxıl keyfiyyətinə nəzarət başa çatdıqdan sonra, qanunun tələblərinə cavab verərsə, buğda gəmidən boşaldılacaq, yük maşınlarına paylanacaq, çəkilib idxalçı anbarına yerləşdiriləcək",- deyə Gəlirlər Xidmətindən bildirilib.

Eyni zamanda xatırlatmaq istərdik ki, İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan limanlarına daxil olan gəmilər üçün gömrük nəzarəti prosedurları sərtləşdirilmişdir.

Bizimlə əlaqə saxlayın