Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Zəhra Ana” Yardımlaşma Fondu yeni il qarşısı qüsurlu və yoxsul uşaqları sevindirdi

875
“Zəhra Ana” Yardımlaşma Fondu yeni il qarşısı qüsurlu və yoxsul uşaqları sevindirdi
Dinləmək üçün basın

Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu yeni ilin gəlişi münasibəti ilə Rustavi şəhərində yerləşən 90-a yaxın fiziki qüsurlu uşaqlar yurduna və eləcədə 30-a yaxın yoxsul uşaqlara yeni il hədiyyəsi…

Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu yeni ilin gəlişi münasibəti ilə Rustavi şəhərində yerləşən 90-a yaxın fiziki qüsurlu uşaqlar yurduna və eləcədə 30-a yaxın yoxsul uşaqlara yeni il hədiyyəsi verməklə onların sevincinə səbəb oldu.

InterPress.ge xəbər verir ki, bu barədə fond rəhbərliyindən məlumat verilib.

Fondun rəhbəri Laləzar İbrahimovanın verdiyi məlumata görə, artıq 4 aydır bir qrup könüllü xanımların birgə təşəbbüsü ilə yaradılan “Zəhra Ana” yardımlaşma fondu xeyirsevər insanlardan toplanan ianələr hesabına bir sıra xeyriyyə işləri həyata keçirmişdir. Yarandığı gündən bir çox kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə müəyyən ərzaq almış, aztəmnatlı ailələrin uşaqlarına paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin etmişdir. İmkansız xəstələrin müəyyən müalicəsinə, dərmanların alınmasına yardım əli uzatmışdır.

Zəhra Ana fondunun əməkdaşları fonda maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edir. Bu xeyirxah işlərin Allah dərgahında qəbul olunmasını diləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →