Dimitri Xundadze: "Dövlət əhalisinə kömək etmək üçün yüz milyonlarla lari ayırıb"
"Dövlət pandemiya dövründə əhalisinə kömək etmək üçün yüz milyonlarla GEL ayırdı və Bidzina İvanişvili bu yardıma əhəmiyyətli bir töhfə verərək xüsusi fonda 100 milyon GEL köçürdü".
InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Dimitri Xundadze deyib.
"Hələ pandemiya dünyasında yaşayırıq və heç kim bunun nə qədər davam edəcəyini bilmir. Bu, ölkələrin təhlükəsizliyini təhdid edən bir çağırışdır. Qıt resursları ilə Gürcüstan güclü maliyyə və qurumları olan ölkələrin mübarizə apardıqlarını etməyə çalışır. Gürcüstan bu böhranın idarə edilməsində müəyyən təcrübə qazansa da, digər ölkələr üçün də ortaya çıxa biləcək məsələlər var. Bunu bir neçə gün əvvəl Gürcüstana səfər edən və səhiyyə sektorunun böhran idarə etmə prosesindəki işini yüksək qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının regional direktorunun çıxışı sübut edir. Düşünürəm ki, heç olmasa tənqidi dinləyə bilməliyik, tənqidi dinləmək çox vaxt öz qərarımızı sığortalamaqda, səhv etməmək üçün faydalıdır. Tənqid yaxşıyı əldə etmək üçün olmalıdır, çətinləşdirmək üçün deyil. Pandemiya idarəçiliyini siyasətdə gördük hansı ki, bu özünü birbaşa rəqəmlərdə göstərdi. Ümumdünya Səhiyyə Təşkilatı, bu sahədəki mütəxəssislər, minimum qaydaları və bu günə qədər yeganə güclü silahı - fiziki məsafəni və maskadan istifadə etməyi tapşıranda məsuliyyətsiz siyasətçilər əksinə bunu yalnız öz tərəfdaşlarına tapşırdılar. Daha sonra proqnozlaşdırılan ikinci dalğanı daha da ağırlaşdıran küçə təlaşını yaratdılar. Pandemiyanın başlanğıcının müsbət olduğuna inanıram, buna görə də bu böhrana son qoya biləcəyik, amma Gürcüstan üçün itirilən hər həyat çox ağırdır.
Dövlət əhalisinə kömək etmək üçün yüz milyonlarla GEL ayırmışdır. Əlbətdə daha çox şey etmək daha yaxşıdı, amma arzu imkanları ötə bilmir. Cənab Bidzina İvanişvilinin 100 milyon lari məbləğində töhfəsi yardım üçün çox vacib idi, hansı ki, bəziləri bunu öz maraqları üçün, hakimiyyətə gəlmək üçün, hətta inqilabı maliyyələşdirmək üçün də istifadə edərdi. Bu gün ölkənin işğal və yoxsulluq kimi iki əsas problemi var. Xüsusilə uşaqların yoxsulluğu hələ də aşılmaz olan ağırlıqdır, həqiqətlə üzləşməliyik! Bəli, həddindən artıq yoxsulluqda yaşayan uşaqlar var, keyfiyyətli qidalarla qidalanmayan uşaqlar var və əlbəttə ki, bu onların sağlamlığı üçün yaxşı deyil, amma hər gün partiya televiziyalarının etdiyi işlər, sanki ölkədə uşaqlar hər gün aclıqdan ölür, əlbətdə bu yalandır, ölkədəki uşaq yoxsulluğunun aradan qaldırılması üçün heç bir şey edilmirmiş kimi danışırlar, bu da yalandır”,- dedi Dimitri Xundadze.


