24 
Dek
2020
15:46
1984

Savalan Mirzəyev Azərbaycan dilli məktəblərdə olan və bir sıra problemləri parlamentdə gündəmə gətirdi - VİDEO

"Regionda bir çox qeyri-gürcü məktəblərinin direktorları yoxdur. Bu artıq bir neçə ildir ki, belə dəvam edir və təhsilin alınmasında müəyyən çatışmazlıqlar yaradır və idarəetmənin çökməsinə gətirib çıxarır".

InterPress.ge xəbər verir ki, bu barədə millət vəkili Savalan Mirzəyev parlamentdə çıxışı zaman qeyd edib.

"Həmkarlarımı, baş nazir namizədini və namizəd nümayəndələrini salamlayıram.

Mənim Təhsil, Elm və Mədəniyyət nazirinə sualım olacaq: Mixeil bəy, bildiyimiz kimi, regionlarda bir çox məktəbin realibitasiya işləri və yeni tikintiləri dəvam etdirilir. Əlbətdə ki, bunlar çox yaxşıdır, təqdirəlayiqdir. Ancaq bizim problemimiz, başqadır, regionda bir çox qeyri-gürcü məktəblərinin direktorları yoxdur. Bu artıq bir neçə ildir ki, belə dəvam edir və təhsilin alınmasında müəyyən çatışmazlıqlar yaradır və idarəetmənin çökməsinə gətirib çıxarır. Bunu deyə bilmərik ki, kadırlarımız yoxdur, gürcü dilində bilən məsuliyyətli və yeni kurs bitirmiş olan bir çox gənclərimiz və kadrlarımız mövcuddur. Xahiş edirik, bu barədə fikirlərinizi bizə bildirəsiniz, həmçinin ikinci sualım Tbilisi Azərbaycan teatrı ilə əlaqədar olacaq. Çıxışlara hazırlaşma, spektakılların hazırlanması və s. çox çətin vəziyyətlərdə həyata keçir. Çox təəssüf ki, mən bu barədə ikinci dəfə çıxış edirəm. Əvvəl də bu barədə nəticəsiz çıxışım olmuşdu. Xahiş edirəm bu barədə də fikirlərinizi bizə bildirəsiniz, bu barədə yeniliklər varmı, planlarınız nələrdir.

Əlavə bir sualım da Barışıq və Vətəndaş Bərabərliyi nazirinədir: Xanım Tea bildiyimiz qədəri ilə sizin aparatınız 20 20 25 fəaliyyət planında işləyir, bu barədə bir ideyam var. Əgər olarsa burada daha çox cəmiyyət gənclərini, aktivistləri və tələbələri iştirak etdirərdik, hansı ki, onlar bu fəaliyyət planında iştirak etmək fürsəti tapardılar", - deyə Mirzəyev çıxışında qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər