Lida.ge-nin “Mənim Hüququm” verilişinin ilk buraxılışı yayımlanıb - VİDEO
Lida.ge-nin “Mənim Hüququm” adlı hüquqi maarifləndirici verilişinin ilk buraxılışı efirə verilib. Verilişin əsas məqsədi vətəndaşların hüquqi məlumatlılığını artırmaq, qanunvericiliklə bağlı vacib məsələləri daha anlaşıqlı formada təqdim etməkdir.
InterPress.ge xəbər verir ki, bundan sonra “Mənim Hüququm” verilişi hər həftənin bazar günü saat 20:00-da InterPress.ge-nin Facebook və Instagram səhifələrində yayımlanacaq.
Verilişin ilk buraxılışı sürücülər üçün aktual olan yol hərəkəti qaydaları və cərimələr mövzusuna həsr edilib. Buraxılışda yol hərəkəti qaydaları ilə bağlı hüquqi məsələlərin işıqlandırılmasına diqqət yetirilib.
“Mənim Hüququm” vətəndaşların gündəlik həyatda qarşılaşdıqları hüquqi suallara aydınlıq gətirmək, onların hüquq və vəzifələri barədə məlumatlandırılmasına töhfə vermək məqsədi daşıyır.
Layihə çərçivəsində müxtəlif hüquqi mövzuların müzakirəsi, qanunvericilikdə nəzərdə tutulan qaydaların izahı və vətəndaşlar üçün əhəmiyyətli məsələlərin diqqətə çatdırılması nəzərdə tutulur.
Verilişi hər bazar günü saat 20:00-da InterPress.ge-nin Facebook və Instagram səhifələrində izləyə bilərsiniz.


