24 
Dek
2020
15:11
1560

DİN Marneulidə baş verən hadisə ilə bağlı istintaqa başladı - VİDEO

Daxili İşlər Nazirliyi bu gün günorta saatarında Marneulidə baş verən silahlı atışma ilə bağlı istintaq başladıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Marneulinin Sarvan qəsəbəsində atışma baş verib.

Geo Hospital xəstəxanasından InterPres.ge-yə verilən məlumata görə, hadisə nəticəsində iki nəfər ayağından yaralanıb. Onların vəziyyəti qənaətbəxş olduğu bildirilir. Yaralılardan biri Tbilisiyə aparılıb.

Hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər