09 
Mar
2020
19:27
2210

Gürcüstan Prezident Salome Zurabişvili kartof və soğanla qarşılandı

Gürcüstan prezidenti Salome Zurabişvili, Zugdidi-də bu gün Şeçvale müxalif hərəkatının fəalları tərəfindən etiraz aksiyası ilə qarşılandı.

InterPress.ge xəbər verir ki, Zurabişvili Samegreloda işgüzar səfər çərçivəsində yerli hakimiyyət nümayəndələri ilə görüşüb.

Malumata görə, regional idarəetmə binasının girişində, təxminən 20 nəfər etirazçı ələrdində plakatlar, kartof və soğan ilə birlikdə aksiyası keçiriblər.

Bəzi fəallar: "Sən İya Kerzaini öldürdün" yazısı olan plakatlar tutub. İya Kerzaya 6 nömrəli Zuqdidi dövlət məktəbinin direktoru olub. Qadın insult keçirib və 2 dekabr 2018-ci ildə həyatını itirib. Qohumları məktəb direktorlarının prezidentliyə namizədin seçki kampaniyasında iştirak etmək məcburiyyətində qaldıqlarını, bundan sonra onun səhhəti kəskin pisləşdiyini bildiriblər.

Aksiyanın keçirildiyi yerə çox sayda polis səfərbər olub. Şeçvale üzvləri prezidentlə görüşməyi tələb etsələr də, Daxili İşlər Nazirliyinin əməkdaşları onlara administrasiya binasına girməyə icazə verməyiblər.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Zurabişvili yerli hakimiyyət orqanlarından bölgədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər barədə hesabat almaqa getmişdi.

Zurabişvili, həmçinin Zuqdididəki əlillər üçün bir reabilitasiya mərkəzinə baş çəkməyi və Zorakılıq qurbanları Qadınlar və Uşaqlar Birliyinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. Bu gün prezident botanika bağına da baş çəkəcək və Dadiani Sarayını ziyarət edəcək.

Martın 10-da Zurabişvili rəhbərliyi ilə nümayəndə heyəti Senakiyə yola düşəcək və orada Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahının komandanlığı ilə birlikdə ikinci piyada briqadasının təlimlərində iştirak edəcəklər.

Qolaskuri kəndində prezident kiçik sahibkarlarla görüşəcək və bal istehsalı prosesi ilə də tanış olacaq.

Mənbə: NewsGeorgia

Bizimlə əlaqə saxlayın