23 
Dek
2020
14:05
533

Müxalif deputatlardan biri parlamentin iclaslarına qatılacağını açıqladı

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasından deputat seçilən Avtandil Enukidze parlamentin iclaslarında iştirak etməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, o, partiyanın seçki siyahısında 4-cü yerdə olub.

O, "Vətənpərvərlər İttifaqının" tərəfdarı və dostu olaraq qaldığını qeyd edir.

"Mən Vətənpərvərlər İttifaqının tərəfdarı və dostuyam və belə də qalıram, amma bunu bir mübarizə forması hesab edirəm. Parlamentə nə vaxt girəcəyimi bilmirəm, amma mandat təhvil verməmişəm və verməyəcəyəm. Onların elə baxışı var, mənim belə baxışım var. Biz partiyamızda azad adamlarıq, heç kim kimisə məhdudlaşdırmır və məhdudlaşdıra bilməz, heç kim məni mahdudlaşdırmağa cəhd göstərməyib, əksinə hər kəsin öz fikri var ”,- dedi Avtandil Enukidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər