"Bu gün ölkədə aşkarlanan 2 345 yeni infeksiya halından Tbilisidə- 1017 Acarıstanda-139, İmeretidə- 429, Kvemo Kartlidə -157, Şida Kartlidə -192, Quriada-16, Sameqrelo və Zemo Svanetidə- 146, Kaxetidə- 158, Mçxeta-Mtianetidə -43, Samçxe-Cavaxetidə -34, Raca-Leçxumi və Kvemo Svanetidə -14 yoluxma halı qeydə alınmışdır".
InterPress.ge xəbər verir ki, bu haqda İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sichinava, Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.
Xatırladaq ki, hal-hazırda 20 644 aktiv infeksiya halı mövcuddur ki, bunlardan 6 270 nəfər xəstəxanalarda müalicə alır.
