23 
Dek
2020
10:03
375

Gürcüstanın “AjaraTv12” kanalında Azərbaycan həqiqətlərindən bəhs edən “Tunelin sonunda işıq” adlı sənədli filminin nümayişinə başlanılıb VİDEO

Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə dekabrın 18-də “AjaraTv12” televiziya kanalında “Tunelin sonunda işıq” adlı sənədli filminin nümayişinə başlanılıb.

InterPres.ge AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan həqiqətlərindən bəhs edən film həftədə üç dəfə olmaqla 2 həftə ərzində efirə veriləcək.

Filmdə Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda genişmiqyaslı hərbi əməliyyatlardan bəhs olunur.

Filmin nümayişi zamanı beynəlxalq hüquq üzrə ekspert Rostom Quntaişvili “Dağlıq Qarabağ bir anklavdır, Azərbaycan ərazisinin dərinliklərində bir adadır və Ermənistanla heç bir coğrafi sərhədi yoxdur”, sosioloq Nuqzar Çxaidze “İllərdir dəyişməmiş "dondurulmuş" qarşıdurmaya görə "Status-kvo", “Qarabağla birlikdə münaqişənin coğrafiyası və Azərbaycan məsələni siyasi və diplomatik yollarla həll etməyə çalışdı, lakin danışıqlar prosesi uğursuz olduğundan, münaqişənin hərbi həll yoluna üstünlük verdi”, tanınmış media mütəxəssisi Amiran Kiquradze “Tamamlanmış müharibə antologiyası, Azərbaycan hərbi potensialını birləşdirərək, məsələni hərbi yolla həll etmək üçün ən yaxşı məqamı gözlədi”, millət vəkili, "İctimai Ekspertlər Birliyi"nin sədri Tamaz Çinçadze “27 yaşlı "Qaranlıq Gecələr"in tamamlanması”, “27 illik kabus sona çatdı, Azərbaycan xalqının çoxdan gözlənilən arzusu gerçəkləşdi”, “Düzgün taktika və qazanılan hərbi-siyasi qələbə işğal olunmuş ərazilər üzərində nəzarəti bərpa etdi”, sosioloq Qiorqi Masalkin “Azərbaycan əvvəlki şöhrəti ilə bərabər Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıya, habelə Naxçıvan və Türkiyəni Azərbaycanla birləşdirən Ermənistan ərazisindəki nəqliyyat dəhlizi”, “Qarabağın daxilində yerləşən Hadrut və Şuşa rayonları qayıtdı”, “27 illik gözləmədən sonra azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa və evlərinə qayıdırlar” mövzularında çıxışlar edəcəklər.

Tanınmış gürcü sosioloq və politoloqların iştirakı ilə keçirilən verilişdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tolerantlıq və humanizmi ilə seçilən, ermənilərin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında qalmasına dair qərarı veriliş iştirakçıları tərəfindən xüsusilə vurğulanacaq.

Ermənilərin 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində tarixi-mədəni abidələri, məscidləri, qəbirləri və digər tikililəri viran qoymasını, eləcə də ikinci Qarabağ müharibəsindən sonra ərazilərimizi tərk edən ermənilərin evləri, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini yandırıb, meşələrimizdəki yüz illərlə yaşı olan ağacları kəsərək “yaşıl qətliam” həyata keçirdiklərinə dair qısametrajlı videomateriallar nümayiş etdiriləcək.

Bizimlə əlaqə saxlayın