22 
Dek
2020
18:13
266

Vaxtanq Qomelauri: "Polis fəaliyyətinin və istintaq keyfiyyətinin yüksəlməsi məqsədi ilə islahatlar davam edəcək"

"Kriminal polisdə operativ, istintaq və məhəllə istiqamətləri bir-birindən ayrılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Vaxtanq Qomelauri parlamentdə komitə çıxışından sonra bildirib.

“Yeni islahatlar müstəntiqlərin müstəqilliyinin və nəticə olaraq da, istintaqın keyfiyyətinin yüksəlməsini nəzərdə tutur. Qeyd olunan islahatlar çərçivəsində, Venesiya komisiyasının rekomendasiyaları əsasında, cinayət məcəlləsinə əlavə ediləcək dəyişikliklər layihəsi hazırlanıb və hazırda Avropa İttifaqının qoşulması ilə, fəaliyyət planının həyata keçirilməsi prosesi aparılır. İstintaq keyfiyyətinin monitoinq sistemi daha da təkmilləşdiriləcək və istintaq keyfiyyətinin monitorinq departamentinin imkanları gücləndiriləcək”, – dedi Vaxtanq Qomelauri.

Bizimlə əlaqə saxlayın