22 
Dek
2020
17:03
365

Qamğrelidze: "Həkimlər hər zaman daha sərt qaydaların tərəfdarıdırlar"

"Həkimlər hər zaman daha sərt qaydaların tərəfdarıdırlar, eyni zamanda iqtisadi vəziyyət, əhval-ruhiyyə və digər məsələlər tərəziyə qoyulur".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidze, bu gün Koordinasiya Şurasının məhdudiyyətlərlə əlaqədar balanslı bir qərar verdiyinə inandığını söyləyib.

"Bizim və mənim tövsiyələrim həmişə Koordinasiya Şurasında səsləndirilir, bu kənara çıxmır. Bir neçə dəfə demişəm ki, bu vəziyyətdə biz - Xəstəliklərə Nəzarət Mərkəzi və həkimlər hər zaman daha sərt qaydaların tərəfdarıyıq, eyni zamanda tərəziyə başqa bir şey də- əhalinin iqtisadi vəziyyəti, əhval-ruhiyyəsi və s. qoyulur. Bu səbəbdən bu məsələlərin Koordinasiya Şurası ilə müzakirə edilməsi çox çətin idi və minimum azaldılma ilə bağlı balanslı bir qərar verildi. Hamımız verilmiş və səsləndirilən tövsiyələrə ciddi riayət etməliyik ki, infeksiyalarda artım olmasın",- dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər