22 
Dek
2020
10:16
602

Qaxaria qarşıdakı dörd ildən danışdı

"Bu ilin və ümumilikdə dörd illik seçki dövrünün vəzifəsi ölkəni tarixi hədəfinin, tarixi xəyalının reallaşmasına - Aİ-yə tam üzv olmaq üçün müraciət etmək imkanı yaratmağa necə hazırlayacağımızdan ibarət olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri vəzifəsini icra edən Qiorqi Qaxaria bildirib.

Qaxaria bunun iddialı bir plan olduğunu, eyni zamanda hər gün çalışdığımız hədəf olduğunu qeyd edib.

“Bu, iddialı bir plandır, amma hamımız başa düşməliyik ki, ölkənin son illərdə qazandığı nailiyyətlərdən sonra bu, hər bir vətəndaşımızın gözlədiyi addımdır, bu o məqsəddir, hansı ki, bunun üçün hər gün çalışmalıyıq. Bu səbəbdən 2021-ci il üçün iş planımızda ölkənin Avropa və Avroatlantik inteqrasiyası, Avropa və Avro-Atlantik inteqrasiyasının daha da dərinləşdirilməsi bir nömrəli prioritet olacaqdır. Hamımız anlamalıyıq ki, Gürcüstanı fiziki ölçü də daxil olmaqla bütün ölçülərdə Avropaya yaxınlaşdırmaq - bu, bütün istiqamətlərdə əsas hədəfimizdir. İqtisadiyyat, iş, mədəniyyət, təhsil, ölkəmizi önümüzdəki dörd ildə hazır vəziyyətə gətirmək üçün hər şeyi etməliyik, standartları daha da yaxınlaşdırmalıyıq və bu əsas hədəfimiz olmalıdır",- dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın