Kobuletidə yol qəzasında yaralanan hamilə qadın vəfat etdi
Kobuleti rayonunun Qvara kəndində baş verən qəza nəticəsində 28 yaşlı hamilə qadın və körpəsi həyatını itirdi.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Batumi Beynəlxalq Universitet Xəstəxanasın tərəfindən təsdiqlənib.
Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, gənc qadının ağır xəsarətləri olub, bu səbəbdən özü və övladı xilas ola bilməyib.
"28 yaşlı hamilə qadını xilas etmək mümkün olmadı. O və körpəsi əməliyyat masasındaca öldü. Həyatını təhdid edən ağır xəsarətlər almışdı. 30 həftəlik hamilə idi. Xəstəxanaya yerləşdirildiyi zaman vəziyyəti ağır idi", - deyə məlumatda bildirilib.
Məlumata görə, 28 yaşlı qadının 6 yaşlı uşağı qalıb.
Xatırladaq ki, bu gün Kobuleti rayonunun Qvara kəndində baş verən yol qəzasında bir nəfər öldü. İki yüngül avtomobil bir-biri ilə toqquşdu, nəticədə bir nəfər yerindəcə öldü, ikisi də yaralandı.


