21 
Dek
2020
12:51
1105

Çkitişvili: "Pandemiyadan sonrakı dövr çətin olacaq"

"Pandemiya sonrakı dövr çətin olacaq. Regional İnkişaf və İnfrastruktur Nazirliyidə planlarını yenidən nəzərdən keçirməli və müəyyən layihələrin vaxtını dəyişdirməlidir, bununla belə, bu dövrün düzgün planlaşdırılması və idarə olunması həm ümumi problemimiz, həm də yeni bir fürsətimiz olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinə namizəd Maia Çkitişvili deyib.

O, layihə seçim mexanizmlərinin təkmilləşdirilməsi, prioritetlərin müəyyənləşdirilməsinə əhalinin daha fəal cəlb edilməsi, layihə idarəetməsinin keyfiyyətinin yaxşılaşdırılması və daha çox diqqət yetirilməsinin mümkün olduğunu söyləyib.

“Nazirliyin prioritetləri bölgələrin infrastruktur inkişafı üçün bütün zəruri istiqamətləri əhatə edir. Tərəfimizdən planlaşdırılan bütün layihələr ümumilikdə bölgənin gücləndirilməsinə, ölkənin bölgələrində iqtisadi fəaliyyətin intensivləşdirilməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir" - deyə nazirliyə namizəd bildirib.

Bizimlə əlaqə saxlayın