Tətbiq olunmuş məhdudiyyətlərin pozulması ilə bağlı 814 hal aşkar edilmişdir
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə daxilində 814 qayda pozuntusu faktı aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.
"Son 24 saat ərzində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 103 nəfər cərimələnib.
Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var. Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 711 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.
Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks təqdirdə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir",- deyə məlumatda bildirilir.


