19 
Dek
2020
11:14
3025

Vətəndaşların nəzərinə! Gəlirlər Xidməti 300 lari birdəfəlik yardımla bağlı açıqlama yayır

5 dekabrdan əvvəl maaşlarını alan, lakin 28 noyabrdan etibarən tətbiq olunan məhdudiyyətlər səbəbiylə 5 dekabrdan 24 dekabr 2020-ci ilədək işləri dayandırılan şəxslər də 300 GEL təzminat alacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər xidmətinin yaydığı açıqlamada bildirilir.

Xüsusilə, Gəlirlər Xidmətindən bildiridiyinə görə, 28 Noyabr - 5 Dekabr tarixləri arasında maaş almaq təzminat ödəməsinə maneə hesab edilmir.

"Gəlirlər Xidməti sizə bildirir ki, anti-böhran planı çərçivəsində, Gürcüstan Hökuməti tərəfindən qəbul edilmiş qərarda edilən dəyişiklik nəticəsində, 300 lari miqdarında birdəfəlik təzminat alanların dairəsi daha da genişlənmişdir.

Xüsusilə, 5 dekabrdan əvvəl maaş almış, lakin 5 dekabrdan 24 dekabr 2020-ci ilədək 28 Noyabrdan etibarən tətbiq olunan məhdudiyyətlər səbəbindən, işləri dayandırılan və müştərilərin binalara giriş hüququ olmayan şəxslər, yenə də 300 lari kompensasiya alacaqlar.

Bu günə qədər Gəlirlər Xidmətinin elektron məlumat bazasında istifadəçilər tərəfindən 73,600 müraciət qeydə alınıb.

Xatırladaq ki, ilkin elektron müraciətlərin qəbulu dekabrın 3-də başlayıb və dekabrın 24-dək davam edəcək və məlumatların yoxlanılması dekabrın 28-dək mümkün olacaq.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vergi ödəyicilərini və şirkət nümayəndələrini sosial yardım almaq üçün müəyyən olmuş müddətdə quruma dəqiq məlumat verməyə çağırır ”,- deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər