08 
Mar
2020
19:50
841

Avtomobil Yolları Departamenti: Yol tikintisində işlə təmin olunan Çin vətəndaşları karantin rejimini keçdilər

"Yol tikintisində işlə təmin olunan Çin vətəndaşları Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş karantin rejimini keçdilər".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti xəbər yayır.

“Karantinin tam dövrü ərzində onların heç birində virus simptomları aşkar olunmayıb. Çin vətəndaşları Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş karantin rejimini keçdilər. Ümumilikdə karantin rejimi cəmi 83 Çin vətəndaşı keçdi”, – Avtomobil Yolları Departamentindəm bildirilir.

Koronavirus infeksiyasının yayılması prevensiyası məqsədi ilə, Avtomobil Yolları Departamentinin tələbi lə Çin kontraktoru tərəfindən Çin vətəndaşlarını Gürcüstana gətirilməsi dayandırılıbdır.

Bizimlə əlaqə saxlayın