Bir aydan çoxdur ki, analarının cəsədi ilə yaşayırlarmış
Bir ay əvvəl ölən bir qadının cəsədi Tbilisidə Beri Qabriel Salosi küçəsində tapılıb.
InterPress.ge xəbər verir ki, ölən qadın 66 yaşlı Ala Tibisovadır.
Məlumata görə, 15 Noyabrda vəfat edən qadın bu günə qədər ailəsi tərəfindən dəfn edilməyib.
Uşaqları bir aydır ki, analarının cəsədi ilə yaşayırmışlar.
38 yaşlı Zurab Barbakadzenin izah etdiyinə görə, anasının ölümü, ehtimal ki, ürək tutmasıdır.
Onun sözlərinə görə, ailə qonşuları narahat etmək istəmədiyi üçün mərhumu dəfn etməyiblər.
15 Noyabr, saat 10-da öldü. Heç kimə məlumat vermədik, imkansızlıq səbəbindən qorxduq",- dedi Barbakadze.
Qadının ölümü ilə bağlı polisə qonşular məlumat veriblər.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 115-ci, İntihar maddəsi ilə istintaq başladıb. Mərhumun oğlu da dindirilməyə aparılıb.
Hadisə yerində ekspert-kriminalistər işləyir, meyit isə ekspertizaya göndəriləcək.


