18 
Dek
2020
14:40
3575

Gürcüstanda ağır yol qəzası 20 yaşlı gəncin həyatına son qoydu

Siğnaği Bələdiyyəsində yol qəzasında bir nəfər ölüb.

InterPress.ge xəbər verir ki, qəza Cnori şəhərində meydana gəlib.

Həddindən artıq sürətlə getdiyi iddia edilən avtomobil əvvəlcə divara, sonra da ağaca çırpılıb. Qəza nəticəsində 20 yaşlı gənc yerindəcə ölüb.

Avtomobildə olan 18 yaşlı bir sərnişin də yaralanıb. O, təcili yardım briqadası tərəfindən çoxsaylı sınıqlarla Cnorinin "Arximed" klinikasına aparılıb.

Həkimlər xəstənin sağlamlıq vəziyyətinin hələ də kritik olduğunu söyləyiblər.

Hadisə ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi və ya insan həyatını itirmə ilə nəticələnən maddəsi ilə istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər