18 
Dek
2020
11:18
562

Benzinin keyfiyyət standartları Avropa standartlarına daha da yaxın olacaq

Hökumət fərmanında benzin yanacağının keyfiyyət normalarının Avropa standartlarına daha da yaxınlaşdırılmasını və müvafiq Avropa direktivi ilə müəyyən edilmiş bütün xüsusiyyətlərin normasını nəzərdə tutan dəyişiklik edildi.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Məlumata görə, benzinin keyfiyyət standartlarına nəqliyyat vasitələrində yanma prosesini yaxşılaşdıracaq yeni parametrlər əlavə edilib.

Nəticədə atmosferə azot dioksid və karbon dioksid emissiyaları azalacaq. Yeni parametrlərin əlavə edilməsi benzinin qiymətinə təsir göstərməyəcəkdir.

"Benzin üçün keyfiyyət tələbləri tədricən yaxşılaşdırılır və ətraf mühit parametrləri daxilində 2017-ci ildən bu yana Avro 5 standartına uyğundur. Bundan əlavə, mühərrik yanacağının keyfiyyətinin müəyyən edilmiş normalarının pozulmasına görə sanksiyaların əhəmiyyətli dərəcədə artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinə və Gürcüstanın Cinayət Məcəlləsinə dəyişikliklər edildi. Nazirliyin Ətraf Mühitə Nəzarət İdarəsi 2016-cı ildən bəri benzin keyfiyyəti daxil olmaqla avtomobil yanacaqlarının keyfiyyətinə nəzarət edir. 2020-ci ildə iki mərhələdə 252 yanacaqdoldurma məntəqəsindən 301 benzin nümunəsi götürülmüş, qurğuşun, kükürd və oktan sayının xüsusiyyətləri müəyyən edilmişdir. Bəzi hallarda, oktan sayı normasının pozulması xaricində başqa heç bir pozuntu aşkar edilmədi",- deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın