1 USD = 3.304 GEL 1 1 EUR = 4.023 GEL 1 AZN = 1.945 GEL 1 TRY = 0.447 GEL 1 RUB = 4.412 GEL
18 
Dek
2020
10:43
350

Saqareco əhalisiniz gözlədiyi yeni yolun inşasına başlanacaq

Gürcüstan-Azərbaycan tranzit dəhlizi üzərində yerləşən Tbilisi-Saqareco sürət yolunun inşası ilə bağlı tender gələn il elan olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, layihə üzrə köhnə yolun bərpası deyil, tamamilə yeni magistral yolun inşası nəzərdə tutulub: “35 kilometrlik Tbilisi-Saqareco yolunun inşası ilə bağlı layihə 2021-ci ilin dövlət büdcəsinə daxil edilib”.

Yeni yolun tikintisi ilə bağlı tenderin bu ilin noyabr-dekabr aylarında elan olunması planlaşdırılırdı. Layihəyə əsasən, Tbilisi-Kaxeti əsas avtomagistralının, həmçinin Azərbaycanın şimal-qərb bölgəsini birləşdirən tranzit dəhlizinin bir hissəsi olan Tbilisi-Saqareco yolu dörd zolaqlı və asfalt-beton örtüklü olacaq.

Bizimlə əlaqə saxlayın