08 
Mar
2020
14:32
1397

Böyük bir iş adamının evində gənc oğlanın cəsədi tapılıb

Tbilisidə Pablo Pikasso küçəsindəki bir evdə gənc oğlanın cəsədi tapılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Mtavari Arxi televiziya kanalı məlumat yayıb.

Mediada yayılan məlumatlara görə, ev böyük bir tikinti şirkətinin sahibinə məxsusdur. İlkin məlumata görə, zərərçəkmiş iş adamının ev işçisinin oğludur. Ölən şəxs odlu silah vasitəsilə öldürülüb.

Daxili İşlər Nazirliyindən bildirilir ki, ehtimal olunan cinayətkarın şəxsiyyətinin artıq məlumdur və onun tutulması üçün istintaq və axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma” maddələri ilə başlanılıb. Cinayət yeddi ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın