17 
Dek
2020
17:22
518

Natia Turnava, otelləri yeni il müddətində məhdudiyyətləri qorumağa çağırıb

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri vəzifəsini icra edən Natia Turnava turizm sektorunu, xüsusilə otelləri yeni il ərzində tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır.

InterPress.ge xəbər verir ki, o, bu barədə hökumət iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Nazir xəbərdarlığın Milli Turizm İdarəsi tərəfindən bütün otellərə yazılı şəkildə göndərildiyini söyləyib.


“Yeni il gəlir. Təbii ki, turizm sənayemiz məhdudiyyətlərin tətbiq edilmədiyi yerlərdə buna hazırlaşır. Hər kəsə xatırladıram ki, bu, xüsusilə otellərə aiddir, hökumətin tətbiq etdiyi məhdudiyyətlər var. Bu, Gürcüstan Hökumətinin İzolyasiya və Karantin haqqında 23 May tarixli 322 saylı qərarıdır, ona görə tamaşaçıların iştirakı ilə mədəni tədbirlərin keçirilməsi qadağandır",- dedi İqtisadiyyat Naziri.

Buna görə Natia Turnava yeni il ərzində qonaq qəbul edəcək bütün otellərə mövcud məhdudiyyətlərə ciddi şəkildə riayət etməli olduqlarını xatırladıb. Nazir bu qaydalara riayət edilməsinin nöqtə məhdudiyyətləri şəraitində virusun yayılması baxımından müsbət tendensiya fonunda xüsusilə vacib olduğunu söyləyib.

"Bu xəbərdarlıq turizm administrasiyamız tərəfindən bütün otellərə yazılı şəkildə göndərildi və hər kəsi bu məsələyə çox ciddi yanaşmağa çağırırıq",- dedi Turnava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər