17 
Dek
2020
10:26
479

Polis soyğun və qəsdən adam öldürmə ittiham ilə bir nəfər saxladı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Acara Polis İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü E.M-ni soyğun və qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

"İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs, cari ilin 15 dekabrında Kobuleti bələdiyyəsində həmkəndlisi - T.P-nı silah ilə hədələyərək avtomobilini oğurlayıb və Kobuleti tərəfə qaçıb. E.M. Kobuletidə, Memed Abaşidze küçəsi yaxınlığında tanışı 1968-ci il təvəllüdlü V.V-nı keçmişdə anlaşmazlıq səbəbindən yanında saxladığı ov tüfəngindən bir neçə dəfə atəş açaraq ölümcül yaralayıb və hadisə yerindən qaçıb.

Polis hadisənin ertəsi gün şübhəlini həbs etdi. Polis cinayət silahını - ov tüfəngini sübut kimi ələ keçirdi" - deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Soyğun və qəsdən adam öldürmə faktları Gürcüstan Cinayət Məcəlləsinin 179 və 108-ci maddələri ilə araşdırılır. Cinayət ən çox altı ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər