16 
Dek
2020
10:35
593

Soyğunçuluq edən iki nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsi Operativ Baş İdarəsinin və İsani-Samqori Baş İdarəsinin əməkdaşları birgə əməliyyat və istintaq tədbirləri nəticəsində keçmişdə narkotik cinayətləri törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Q.K. və 1986-cı il təvəllüdlü G.T-nı dəstə soyğunçuluğu ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatl DİN yayır.

“İstintaq bu il dekabrın 15-də müttəhimlərin Varketili metro stansiyası yaxınlığında totalizator kontorlarından birinə hücm etdiklərini müəyyənləşdirdi. Eyni zamanda 1994-cü il təvəllüdlü kassir N.M.-nı bıçaqla hədələyərək seyfi açaraq pulları, video yazıcıları oğurladılar, sonra hadisə yerindən qaçdılar.

Əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları qısa müddətdə cinayətin törədildiyi iddia edilən şəxsləri müəyyənləşdirdi.

Polis, Q.K. Və G.T-nı hadisədən bir neçə saat sonra Tbilisidə saxladı”,- deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, oğurlanan pulların bir hissəsi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin dəstə soyğunçuluğunu nəzərdə tutan 179-cu maddəsinin 2-ci hissəsinin B yarımbəndinə əsasən aparılır. Cinayət ən çox altı ildən doqquz ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər