
Paytaxt meri dünən Tbilisidə, Afrika məhəlləsində sökülən qanunsuz tikililərlə bağlı açıqlama verib
"Tam məsuliyyətimlə bəyan edirəm ki, demontaj edilən heç bir inşaat obyekti başa çatmamışdı və orada insanlar yaşamırdılar".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze Afrika məhəlləsində qeyri-qanuni imşaatların demontaj edilməsi ilə bağlı bildirib.
“Siyasi partiyalar tərəfindən verilən böhtənlı və biyabırçı bəyanatlarla bağlı, ki güya Meriya insanları evlərindən zorla çıxartdı, bildirmək istəyirəm, demontaj edilən heç bir inşaat obyekti başa çatmamışdı və orada insanlar yaşamırdılar.
Dövlətin sərt prinsipidir ki, torpaq sahələrinin qeyri-qanuni şəklildə mənimsənməsinə və orada qeyri-qanuni evlərin inşaatına yol verilməsin” – dedi Kaxa Kaladze.
Dünən Tbilisidə, Afrika məhəlləsində, munisipal inspeksiya tərəfindən qeyri-qanuni inşaatların demontaj edilməsi səs-küyə səbəb olub.
Baş inspeksiyada bəyan edirlər ki, demontajın səbəbi qeyri-qanuni şəkildə torpaq sahələrini mənimsəyib, orada qeyri-qanuni inşaat obyektlərinin tikilməsi idi.