Gürcüstanda daha 1 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
InterPress.ge xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı saytda məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxan şəxslərin sayı 13-ə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Belə ki, İrandan Azərbaycan vasitəsi ilə qayıtmış 50 yaşlı kişidə koronavirus aşkarlanıb.
