200 lari kompensasiya bu tarixdən etibarən veriləcək
"200 GEL təzminatının köçməsi 2021-ci ilin yanvarından başlayacaq. Bu il altı ay ərzində 1200 GEL təzminat paketi ilə təxminən 125.000 adama kömək etdik və sakinlərimizə, biznesə yanvar ayından etibarən davam edəcəyimizə söz verdik. Buna görə yanvar ayından etibarən bu məlumatların toplanması, eyni zamanda müvafiq köçürmələr başlayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə maliyyə naziri vəzifəsini icra edən İvane Maçavariani bildirdib.
Nazirin sözlərinə görə, 300 GEL-lik birdəfəlik yardıma gəlincə, maksimum məlumat 24 dekabr tarixinə qədər toplanmalıdır.
“Hazırda 50 min müraciət qeydə alınıb. Bu sayın 100.000 nəfərə çatacağını təxmin edirdik. Təzminat paketi ilə ödəmə bu ilin sonuna qədər başlayacaq və bitəcək",- dedi Maçavariani.


