15 
Dek
2020
15:14
849

Kuçava: "Hökumət 2024-cü ilə qədər Avropa Birliyinə tam üzv olmaq üçün müraciət etməyə hazır olacaq"

"Hökumət 2024-cü ilə qədər Avropa Birliyinə tam üzv olmaq üçün müraciət etməyə hazır olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun üzvü Kaxa Kuçava jurnalistlərə açıqlamasında bildirib.

"İlk təşəbbüs bizim başlatacağımız qətnamə layihəsidir, hansı ki, xarici siyasətlə əlaqəli olacaq. Təşəbbüs göstərildiyi ilk gündən ölkəmizin inkişafı üçün həlledici olan çox vacib istiqamətlə əlaqəli olması çox vacibdir. Söhbət, ilk növbədə, əlbəttə ki, işğal olunmuş ərazilərin - Çxinvali və Abxaziyanın işğaldan azad edilməsindən gedir. Əlbətdə ki, ölkəmizin uzun müddətlik sahib olacağı əsas prioritetlər baxımından, 4 ildən bəhs edirik və əlbəttə ki, bu, 2024-cü ilə qədər hökumətimizin AB-yə tam üzv olmaq üçün müraciət etməyə hazır olacağına dair əsas mesajımızdır. Atılması lazım olan bir çox addım var və təkcə qanunvericilik səviyyəsində deyil, icra səviyyəsində də hərəkətə keçmək vacibdir. Bu səbəbdən ilk məsələyə təşəbbüs göstərməyimiz vacibdir. Əlbətdə ki, yeni, daha iddialı bir fəaliyyət planı gündəmdədir",-dedi Kuçava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər