15 
Dek
2020
12:31
704

VHM partiyasının liderlərindən olan Qoçiridze Vaşadzenin partiyanı tərk etməsinə münasibət bildirdi

"Partiyadan getməsi çoxları üçün gözlənilməz oldu, çoxları üçün isə əksinə. Bəlkə də bəziləri bu qərarın vaxtını, bəziləri formasını bəyənməyiblər. Hər kəs üçün məqbul olan bir qərar vermək, xüsusən siyasətdə asan deyil".

InterPress.ge xəbər verir ki, "Milli Hərəkatın" liderlərindən biri Roman Qoçiridze Qriqol Vaşadzenin partiyadan getməsinə belə cavab verib.

Qoçiridze Vaşadzeyə "ölkəyə xidmət" üçün öz təşəkkürünü bildirib.

"Qriqol Vaşadze "Milli Hərəkata" çətin bir dövrdə gəldi. Partiyanın o vaxt əziyyət çəkdiyi şey gətirdi. Təcrübəsi və şəxsi keyfiyyətləri partiyanın beynəlxalq imicinə və daxili sabitliyə təsir göstərdi. Partiyanın prezident seçkilərində göstərdiyi parlaq nəticədə Qriqol Vaşadzenin şəxsi töhfəsi böyük oldu. Cənab Qriqol partiyaya çox şey gətirdi, ancaq heç nə aparmadı. Heç vaxt da bu onun məqsədi olmaylb. O, ölkənin demokratik yolla qurulmasına üç il daha verdi",- dedi Qoçiridze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər