13 
Dek
2020
10:08
289

Qiorqi Vaşadze: "Ədalətli seçkilərin" nümayəndəsi çıxıb, bizə nə baş verdiyini izah etməlidir"

“Ədalətli seçkilər” təşkilatının nümayəndəsi ən azından, çıxıb, bizə nə baş verdiyini açıqlamalıdır. Nə zaman başa düşdülər ki, səhvə yol verilib və bunu açıqlamaq üçün niyə 40 gün lazım oldu"

InterPress.ge xəbər verir ki, bu barədə “Ağmaşenebeli strategiyası”-nın lideri Qiorqi Vaşadze bildirib.

Vaşadzenin dediyinə görə, bütün suallara cavabın verilməsi üçün məsələ ilə bağlı təfərrüattlı açıqlama verilməlidir.

“Həmçinin, İSFED-in yekun qərarında deyilir ki, belə aşağı səviyyəli seçkilər Gürcüstanda son illərdə keçirilməyib” – dedi Vaşadze.

Vaşadzenin dediyinə görə, son günlərin ərzində gördü ki, danışıqların pozulmasını “Gürcü Arzusu” daha çox istəyirdi və müxalifətə ultimatumlar qoyurdu.

Vaşadzenin dediyinə görə, seçkilərin saxtalaşdırılması ilə bağlı müxalifətin dəlilləri sadəcə “Ədalətli seçkilər” təşkilatına əsaslanmırdı.

“Seçkilərin saxtalaşdırılması ilə bağlı bəyənatlarımız məhkəmələrə daxil etdiyimiz şikayətlərə əsaslanır. Mən 5-ci raunda gedib, müxalifətlə kəskin danışıqlar aparmağa hazıram” – dedi Vaşadze.

MSK-nın son göstəricilərinə görə, “Gürcü Arzusu” səslərin 48,22%-ni yığdı. “Ədalətli seçkilər” tərəfindən 11 dekabrda yayılan paralel hesablanma nəticələri ilə də, “Gürcü Arzusunun” maksimal nəticəsi 48,3% -dir, minimal isə, – 46,9%.

Qeyd edilməlidir ki, təşkilat tərəfindən noyabrda yayılan nəticələrə görə, “Gürcü Arzusunun” maksimal nəticəsi 46.5% idi, minimal isə, – 45.1%.

Bizimlə əlaqə saxlayın