Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Zəlzələ 3,6 bal gücündə olub.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 17:22-də qeydə alınıb.
Zəlzələnin episentri Laqodexi rayonunun Racisubani kəndi yaxınlığında olub.
