11 
Dek
2020
17:37
5301

Komendant saatında icazə almaq istəyənlərin nəzərinə! Bu hallarda icazə ala bilərsiniz

Üç əsas halda komendant saatında hərəkət etmək üçün birdəfəlik icazə almaq mümkündür.

InterPress.ge-nin məlumatına görə, Hökumətin qaynar xəttindən (144) bildirilir ki, vətəndaş birdəfəlik hərəkət etmək üçün icazəni həmin qaynar xəttə zəng vuraraq və müraciət edərək əldə edə bilər.

Hərəkət etmək üçün birdəfəlik buraxılış kartını hansı hallarda ala bilərsiniz:

  1. Əgər sizin uçuşunuz komendant saatına təsadüf edirsə
  2. Şəxsi xəstəxanaya aparmaq lazımdırsa
  3. Aptekdən dərman almaq istədiyiniz zaman

Vətəndaş qeyd olunan hallarda hökumətin qaynar xəttinə – 144 nömrəsinə zəng vurmalı, onlara olduğu məkan və haraya getmək istədiyi barədə məlumat verməlidir. İcazə verilən halda vətəndaşın telefon nömrəsinə mesaj göndərilir və bundan sonra onun hərəkət etmək hüququ var.

Əgər maşınla hamilə qadın aparırsınızsa, hərəkət etmək üçün birdəfəlik buraxılış kartı almağa ehtiyac yoxdur.

Bildirdilər ki, belə hallarda patrul polisi həmin maşında oturan şəxsləri cərimələmir. Hamilə qadının uşaq dünyaya gətirməsindən sonra maşındakı şəxslərin evə qayıtması halında isə birdəfəlik icazəni doğuşun baş tutduğu xəstəxana verir.

Mənbə: Marneulifm

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər