Parlament 150 millət vəkilinin səlahiyyətini tanıdı
Parlament 150 millət vəkilinin səlahiyyətini tanıyıb.
InterPress.ge xəbər verir ki, müvafiq qətnamə 87 səslə qəbul edilib.
31 oktyabr seçkiləri nəticəsində MSK tərəfindən seçilənlərin hamısı artıq parlamentin həqiqi üzvləridir.
Bu andan etibarən əvvəlki çağırış parlamentinin səlahiyyətlərinə xitam verildi.
Parlamentin tam üzvlüyünü tanıdıqdan sonra "Gürcü Arzusu" üzvləri ölkəyə sədaqət andı içiblər.
Andın mətnini MSK sədri oxuyub: “Mən Gürcüstanın təmsilçisi və qarşısında hesabatlı olduğum, Allah və millət qarşısında and içirəm, millət vəkilinin hüquq və vəzifələrini vicdanla yerinə yetirəcəyimi bildirirəm. Konstitusiya quruluşunun, ölkənin müstəqilliyinin, birlik və bütövlüyünün, xalqın mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının, Gürcüstanın gücünün xidmətində olacağam".
Parlament üzvləri andın mətnini oxuduqdan sonra "and içirəm" deyiblər, bundan sonra Gürcüstanın himni səsləndirilib.