11 
Dek
2020
11:15
982

Bu gün koronavirusa yoluxanlar Gürcüstanın bu bölgələrindəndir

“Gürcüstanda 4 146 yeni koronavirus halından 1708-si Tbilisidə, 313-ü Acarıstanda və 636-sı İmeretidə qeydə alındı”.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyatlar üzrə Rəis müavini Berdia Sicinava Hökümət İdarəsində keçirdiyi brifinqdə deyib.

O, koronavirusla bağlı dekabrın 11-nə olan son statistik məlumatlardan və hökumət tərəfindən görülən tədbirlərdən danışıb.

"Son 24 saat ərzində ölkə daxilində 18 894, o cümlədən 11 089 sürətli antigen və 7 805 PISAR testi ilə tədqiqat aparıldı.

Aparılan testlər nəticəsində son 24 saat ərzində 4 146 yeni təsdiqlənmiş virus halı aşkarlanıb və ölkədə Kovid-19 pandemiyasının başlandığı gündən bəri aşkar edilmiş halların ümumi sayı 183 099-a yüksəlib.

Son 24 saat ərzində 2 129 nəfər virusdan sağalıb və sağalmış insanların ümumi sayı 150 461-ə yüksəlib.

Təəssüf ki, son 24 saat ərzində koronavirusdən 37 yeni ölüm halı aşkarlanıb. Pandemiya yayıldıqdan sonra ümumilikdə 1 694 nəfər virusdan ölüb.

Bu gün ölkədə aşkarlanan 4 146 yeni infeksiya halından paytax və bölgələr üzrə göstərici belədir: Tbilisi - 1708, Acarıstan - 313, İmereti - 636, Kvemo Kartli - 281, Şida Kartli - 268, Quria - 82, Sameqrelo - Zemo Svaneti - 397, Kaxeti - 252, Mçxeta- Mtianeti - 116, Samçxe-Cavaxeti - 69, Raca-Leçxumi və Kvemo Svaneti – 24”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın