Parlament binasının yaxınlığında Çiçinadze küçəsində mitinq keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçılar parlamentin ilk iclasına etiraz edirlər.
Onlar, onuncu çağırış parlamentinə inamlarının olmadığını söyləyiblər. Dediklərinə görə, seçkilər saxtalaşdırılıb.
Hüquq-mühafizə orqanları təhlükəsizlik üçün hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, onuncu çağırış parlamentinin ilk iclası bu gün keçiriləcək. Müxalifət hələ də boykot rejimindədir.
