10 
Dek
2020
20:31
461

Gürcüstanda Azərbaycanın şanlı zəfərini iki qardaş ölkənin səfirləri bir yerdə qeyd etdi

Bu gün Azərbaycanın torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şanlı zəfəri Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və əməkdaşları ilə birlikdə qeyd edilib və bu münasibətlə Bakı şəhərində keçirilmiş Qələbə paradını birlikdə izləyiblər.

Bu barədə məlumatı IntrrPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyi verib.

Bildirilir ki, tədbirdə Fatma xanıma Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən Vətən müharibəsində zəfərin rəmzi olan və Qarabağ torpağında becərdilmiş xarıbülbül gülü hədiyyə edib. Öz növbəsində Türkiyə Cumhuriyyətinin səfiri bu gülün Türkiyənin Gürcüstandakı Səfirliyinin ərazisində olan bağdakı ən gözəl yeri bəzəyəcəyinə söz verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər