Səhiyyə naziri məhdudiyyətlərdən danışdı
“Koronavirusla əlaqəli məhdudiyyətlərin nə vaxt və necə götürüləcəyi barədə danışmaq üçün hələ tezdir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Naziri Ekaterine Tikaradze deyib.
Nazirin sözlərinə görə, bu mərhələdə ölkədə virusun yayılma sürəti sabitdir.
“Qeyd etmək vacibdir ki, bu mərhələdə sabit bir nisbətə sahibik, yoluxmuşların sayı 4500-ü keçmir. Hələ bildiyiniz Qara Cümə effektini almamışıq, bunun nə qədər dramatik şəkildə əks olunduğunu və nəticələrini hələ də görürük. Buna görə, məhdudiyyətlərin ləğvinin necə olacağı barədə danışmaq üçün hələ tezdir, çünki gözlənilən növbəti dalğanın epidemioloqlar tərəfindən təhlilinə ehtiyacımız var. Məhdudiyyətlərə gəldikdə isə, bunu rəqəmlər göstərir. Kortəbii qərarlar qəbul etmirik, infeksiyada artım dinamikasını və ölüm hallarını müşahidə edirik. Klinikaların sıxlığını nəzərə almaq, onların bütün xəstələrə keyfiyyətli xidmətlər göstərmələrini təmin etmək vacibdir, bütün bunları təhlil edərkən ortaq bir qərar verəcəyik",- dedi Tikaradze.


