10 
Dek
2020
14:45
1685

Taksi sürücülərinin nəzərinə...

İdarələrarası Koordinasiya Şurası taksi sürücülərinin müvafiq tibb müəssisələri ilə əlaqə saxlamalarını və mövsümi qrip virusuna qarşı aşılanmalarını tövsiyə edir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarələrarası Koordinasiya Şurasının bugünkü iclasında koronavirusla bağlı mövcud vəziyyət müzakirə olunub.

"İdarələrarası Koordinasiya Şurasının iclasında mövsümi qrip mövsümünün yaxınlaşması və yüksək risk qruplarının peyvənd prosesi təhlil edildi. Koordinasiya Şurası mövcud vəziyyətin təhlilinə əsaslanaraq taksi sürücülərinə müvafiq tibb müəssisələrinə getmələrini və mövsümi qrip virusuna qarşı peyvənd olunmalarını, həm özlərinin həm də sərnişinlərinin sağlamlığının qayğısına qalmağı tövsiyə edir",- deyə məlumat verilib Baş nazirin mətbuat xidmətindən.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər