Baş nazir Qiorqi Qaxaria vətəndaşlara təşəkkür etdi
“Son illərdə ölkəmiz insan hüquqları istiqamətində, necə qanunvericilik, eləcədə praktiki səviyyədə bir çox önəmli addım atdı”.
InterPress.ge xəbər verir ki, bu bəyanatı Gürcüstanın baş naziri Qiorqi Qaxaria, insan hüquqlarının qorunmasının beynəlxalq günü ilə bağlı verdi.
Dövlət başçısı Gürcüstanın bütün dəstəkçilərinə təşəkkür etdi və qeyd etdi ki, onlar sayəsində, ölkə pandemiya şərtlərində insan hüquqlarının müdafiyəsi standartlarını qoruya bildi və yeni çağırışlarla mübarizəyə davam edir.
“Bugün insan hüquqlarının müdafiyəsi günüdür və bu gündə ölkəmizin dəstəkçilərinə təşəkkür etmək istəyirəm, onarın sayəsində pandemiya şərtlərində belə, insan hüquqlarının qorunması standartlarını qoruya bildik və yeni çağırışlarla mübarizəyə davam edirik.
Son illərdə ölkəmiz insan hüquqları istiqamətində, necə qanunvericilik, eləcədə praktiki səviyyədə bir çox önəmli addım atdı. İnanıram ki, birgə səylərimizlə insan hüquqlarının əsas mexanizmlərini gücləndirib, möhkəm institusiya zəminini yarada biləcəyik”.


