İmnadzedən koronavirusla bağlı sevindirici açıqlama
“Koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlər öz nəticəsini göstərdi və iki həftədən sonra, infeksiyanın yayılma templəri azaldı”.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.
Paata İmnadzenin Koordinasiya Şurasının iclasından sonra verdiyi məlumata görə, tesdəşdirmənin iki qat artmasına baxmayaraq, ölkədə infeksiyanın yayılmasının göstəriciləri artmır və bu da deməkdir ki, virus dayandırılıb.
O, eyni zamanda qeyd edir ki, ölkənin səhiyyə sistemi infeksiyalıların böyük sayı qarşısında dayana bildi.
“Məhdudiyyətlərdən sonra, iki həftənin nəticəsini görürük ki, testlərin iki qat artmasına baxmayaraq, infeksiya hallarının artması dayandırılıb. Sistemimiz infeksiya hallarının artmasına dayana bildi.
Məhdudiyyətlər olmasa, proqnozlar çox pis idi və sistemimiz virusun qarşısında dayan bilməzdi. Hələlik stabilizasiya görürük. Virus dayandırılıb. İki həftədir ciddi artım yoxdur. Əsas nəticə budur”.


