Parlamentdə təmsil olunmayan partiyanın büdcə maliyyələşdirilməsi dayandırılacaq - Yeni qanun
“Qanunda dəyişiklik ediləcək və bunun əsasında parlamentdə təmsil olunmayacaq partiyanın büdcə maliyyələşdirilməsi dayandırılacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu partiyasının icra katibi İrakli Kobaxidze deyib.
“Bu gün mövqeyimizi dəyişdirdik. Dünən millət vəkillərinin səlahiyyətlərini ləğv etməyəcəyimizi söylədik, amma bu gün ümumi mənzərəyə baxdıqda və müxalifətin niyyətlərini gördükdə fərqli bir qərar verdik - əgər siyasi partiya destabilizasiya ssenarisi adlandırılan ssenariyə uyarsa, ən qısa zamanda onların bəyanatı nəticəsində, səlahiyyətlərini sonlandırmalıyıq. Bəyanatlarını sunduqdan sonra, parlament Konstitusiya və qaydalara uyğun olaraq səlahiyyətlərini ləğv edəcək”,- dedi İrakli Kobaxidze.


