09 
Dek
2020
18:10
7185

300 lari birdəfəlik yardım üçün qeydiyyat ola bilməyənlərə VİDEO dərs

300 lari birdəfəlik yardım üçün elektron bazada 25 581 müraciət qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat verib.

Məlumata görə, 300 lari dəyərində birdəfəlik təzminat almaq üçün qeydiyyat qaydalarına dair video hazırlanıb.

"Maliyyə Nazirliyinin Gəlirlər Xidməti, birdəfəlik 300 lari təzminatına kimin sahib olduğu və təzminat üçün ərizənin necə doldurulacağı ilə maraqlananlar üçün agentliyin saytında ətraflı video təlimatın yerləşdirildiyini bildirir. Xatırladaq ki, ilkin elektron müraciətlərin qəbulu dekabrın 3-də başlayıb və dekabrın 24-dək davam edəcək və təqdim olunmuş məlumatların yoxlanılması dekabrın 28-dək mümkün olacaq.

Qeyd edək ki, 300 larilik birdəfəlik yardım pandemiyadan qaynaqlanan məhdudiyyətlərə görə iş yerləri bağlananlara aiddir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər