09 
Dek
2020
16:43
463

Kobaxidze müxalifətlə sonuncu görüşün vaxtını açıqladı

"Siyasi tərəflər arasında danışıqların son raundu sabah olacaq, çünki dekabrın 11-də, onuncu çağırış parlamentinin ilk iclası keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”-nun icraçı katibi İrakli Kobaxidze məlumat verib.

Kobaxidze qeyd etdi ki, son görüşdə müxalifət nümayəndələri ilə, seçki islahatları ilə bağlı çox maraqlı disskussiya aparıldı və ümid edir ki, son raundda seçki islahatı ilə bağlı mövqelər razılaşdırılacaq.

“Digər təfərrüatlar haqqında bu gün danışmayacam, çünki bununla bağlı səfirlərə söz verildi. Sadəcə onu deyə bilərəm ki, söhbət iki müxtəlif istiqamətdə fundamental dəyişikliklərdən gedir – seçkilərin administrasiyası və seçki sisteminin müxtəlif məsələləri.

Müxalifətə seçki sisteminin hər istiqamətdə fundamental dəyişikliklər təklif ediləcək və ümid edirik ki, danışıqlar müvəffəqiyyətlə başa çatacaq” – dedi Kobaxidze.

Bizimlə əlaqə saxlayın